sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
"Mançester Yunayted"in futbolçusunun aldığı qırmızı vərəqə ləğv edilib
İngiltərənin "Mançester Yunayted" klubunun yarımmüdafiəçisi Brunu Fernandeşin Premyer Liqada aldığı qırmızı vərəqə apellyasiya şikayətindən sonra ləğv edilib.
"Report" xəbər verir ki, o, ölkə çempionatının VI turunda "Tottenhem"lə matçda Ceyms Meddisona qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.
Portuqaliya millisinin üzvü "Aston Villa", "Brentford" və "Vest Hem"lə keçiriləcək Premyer Liqa matçlarını buraxmalı olsa da, apellyasiya şikayəti müsbət nəticələndiyindən diskvalifikasiya aradan qalxıb.
Qeyd edək ki, “qırmızı şeytanlar” 6 turdan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
Oxşar xəbərlər
Premyer Liqa: “Mançester Yunayted” səfərdə məğlub oldu, “Aston Villa” vacib qələbə qazandı - VİDEO
"Mançester Yunayted" Karlo Ançelottiyə təklif göndərib
İngiltərə Premyer Liqası: “Çelsi” “Mançester Yunayted” üzərində əzmkar qələbə qazanıb
"Mançester Yunayted" 93 ildən sonra ən pis nəticəyə imza atıb
“Mançester Siti” 2023-cü ili qələbə ilə başa vurdu - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin












