UEFA Almaniyada keçirilən Avropa çempionatında qeydə alınan hakim səhvini etiraf edib
sizinxeber.az xəbər saytı

UEFA Almaniyada keçirilən Avropa çempionatında qeydə alınan hakim səhvini etiraf edib


UEFA Hakimlər Komitəsi Almaniyada keçirilən futbol üzrə Avropa çempionatında qeydə alınan hakim səhvini etiraf edib.

"Report" "Relevo"ya istinadən xəbər verir ki, 1/4 finalda Almaniya və İspaniya (1:2) yığmaları arasında baş tutan qarşılaşmanın sonlarına əlavə olunan dəqiqələrdə baş hakim Entoni Teylorun penalti təyin etməməsinin yanlış qərar olduğu bildirib.

Belə ki, final fitinə az qalmış ispanların cərimə meydançası daxilində top Mark Kukurelyanın əlinə toxunsa da, referi 11 metrlik cərimə zərbəsi təyin etməmişdi.

Daha sonra 119-cu dəqiqədə meydan sahiblərinin qapısına yol tapan İspaniya yarımfinala vəsiqə əldə etmişdi.

Qeyd edək ki, finalda İngiltərəni 2:1 üstələyən Luis De La Fuentenin baş məşqçisi olduğu yığma AVRO-2024-ün qalibi olub.

Oxşar xəbərlər

Almaniya - Danimarka matçının ən yaxşı futbolçusu açıqlanıb
AVRO-2024: Almaniya növbəti 1/4 finalçı olub - YENİLƏNİB - 7
AVRO-2024: Bu gün 1/8 final mərhələsinin oyunları start götürür
Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb
Azərbaycan yığması Avropa çempionatında finala yüksəlib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər