Rusiya Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevi axtarışa verib
Rusiyada “Lokomotiv”in və Ukrayna millisinin sabiq futbolçusu Aleksandr Əliyevə qarşı cinayət işi açılıb.
APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Bildirilib ki, Əliyev Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.2-ci (terror fəaliyyətinə açıq çağırışlar) maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli bilinir.
Onun axtarışa verildiyi bildirilib.
Aleksandr Əliyev “Instagram” sosial şəbəkəsində Ukrayna Silahlı Qüvvələrini Kursk vilayətində dinc sakinləri öldürməyə çağırdığı video dərc edib.
Qeyd edək ki, Aleksandr Əliyev Rusiyanın Xabarovsk şəhərində doğulub. Onun Rusiya vətəndaşlığı da mövcuddur. Hazırda Rusiyada yaşayan anası Marina Əliyeva Ukrayna müharibəsi başlayandan oğlu ilə əlaqə saxlamadıqlarını deyir.
Oxşar xəbərlər
Ukrayna Ordusu Kurskda 100-dən çox məntəqəyə nəzarət edir
Rusiya FTX Ukrayna Silahlı Qüvvələrinin keçmiş muzdlu əsgəri olan iki kolumbiyalını saxlayıb
Peskov: Ukrayna ilə danışıqlar mövzusu aktuallığını itirib
Rusiya MN: Ukrayna Kursk vilayətinə 11 tank və 300 hərbçi ilə hücum edib
Rusiyada 130 min nəfər hərbi xidmətə çağırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













