"Qarabağ" rəsmiləri Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı ilə görüşüblər
sizinxeber.az xəbər saytı

"Qarabağ" rəsmiləri Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı ilə görüşüblər


"Qarabağ"ın baş direktoru Emrah Çelikel və İdarə Heyətinin üzvü Asif Əsgərov Suraxanı Rayon İcra Hakimiyyətinin yeni başçısı Adil Əliyevlə görüşüblər.

Ağdam təmsilçisinin mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə, görüş İcra Hakimiyyətinin binasında baş tutub.

"Köhlən atlar"ın davamlı uğurlarından bəhs edən A.Əliyev “Qarabağ”ın oyunlarını maraqla izlədiyini və göstərdiyi futboldan zövq aldığını bildirib.

İcra başçısı vurğulayıb ki, iş qrafiki imkan verdikcə "Qarabağ"ın görüşlərində iştirak edəcək və hər zaman dəstəkləyəcək. Klub rəsmiləri Əliyevi yeni vəzifəyə təyin olunması ilə bağlı təbrik edib, ona uğurlar arzulayıb. Görüşün sonunda Çəlikəl İcra başçısına “Qarabağ”ın formasını hədiyyə edib.

Oxşar xəbərlər

Qusarın icra başçısı vəzifəsindən azad edilib
Sui-qəsd təşkil edilən başçının - Tərcümeyi-halı
Keçmiş başçı doğum günündə vəfat etdi
İcra başçısını təhqir edən şəxs həbs edildi
Goranboy icra başçısının müavini işdən çıxarılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər