Azərbaycan Premyer Liqası: Mövsümün açılış matçında "Qarabağ" böyükhesablı qələbəyə sevinib
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünə start verilib.
"Report"un məlumatına görə, I turun açılış matçında son çempion "Qarabağ" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
“Liv Bona Dea Arena”dakı qarşılaşma Ağdam təmsilçisinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
"Köhlən atlar"ın heyətində 6-cı dəqiqədə Redon Cica hesabı açıb. 3 dəqiqə sonra Riçard Almeyda fərqi iki topa çatdırıb. 47-ci dəqiqədə Hamidu Keyta qonaqların üstünlüyünü bir qədər də möhkəmləndirib. Naxçıvan təmsilçisinin heyətində 86-cı dəqiqədə Nuno Rodriqes buraxılan qollardan birinin əvəzini çıxsa da, final fitinə iki dəqiqə qalmış adını tabloya yazdıran Abbas Hüseynov "Qarabağ"ın böyükhesablı qələbəsini rəsmiləşdirib.
Qeyd edək ki, turun digər qarşılaşmaları 3-4 avqustda gerçəkləşəcək.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqasında yeni mövsümə bu gün start veriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Kəpəz” “Araz-Naxçıvan”a qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Premyer Liqası: XXIV turun açılış oyununda "Kəpəz" qalib gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Premyer Liqa: “Qarabağ” ilin son oyununda qələbə qazanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













