Çempionlar Liqasının qalibi ardıcıl yeddinci il UEFA Superkubokunu qazanır
sizinxeber.az xəbər saytı

Çempionlar Liqasının qalibi ardıcıl yeddinci il UEFA Superkubokunu qazanır


Çempionlar Liqasının qalibi olmuş komanda ardıcıl yeddinci il UEFA Superkubokunu qazanıb.

"Report"un məlumatına görə, bu, son olaraq 2018-ci ildə gerçəkləşməyib.

Həmin vaxt İspaniyanın "Atletiko" kollektivi Avropa Liqasından sonra Superkuboka da sahib çıxıb.

Daha sonra "Liverpul" (İngiltərə), "Bavariya" (Almaniya), "Çelsi" (İngiltərə), "Real" (İspaniya, iki dəfə), "Mançester Siti" və PSJ (Fransa) Çempionlar Liqasının ardınca UEFA Superkubokunda da sevinən tərəf olublar.

Qeyd edək ki, PSJ ötən gün həlledici matçda İngiltərə təmsilçisi "Tottenhem"i əsas vaxtı heç-heçə (2:2) başa çatan qarşılaşmanın penaltilər seriyasında üstələyib - 3:2.

Oxşar xəbərlər

PSJ tarixində ilk dəfə UEFA Superkubokunun qalibi olub
UEFA Çempionlar Liqası: “Barselona” və “Mançester Siti” qalib gəlib
UEFA Çempionlar Liqası: “Barselona” qalib gəlib, “Atletiko” evdə məğlub olub
UEFA Çempionlar Liqası: Liqa mərhələsində IV tura bu gün yekun vurulub
UEFA Çempionlar Liqası: "Barselona", PSJ, "İnter" və “Bavariya” 1/4 finala adlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər