"Qəbələ"nin baş məşqçisi: "Gənc futbolçularımıza təcrübə lazımdır"
"Qəbələ"nin gənc futbolçularına təcrübə lazımdır.
"Report" xəbər verir ki, bunu bölgə təmsilçisnin baş məşqçisi Kaxaber Sxadadze ötən gün baş tutan "Sumqayıt"la yoxlama matçından sonra klubun mətbuat xidmətinə açıqlamasında deyib.
O, qolları öz səhvlərindən buraxdıqlarını deyib:
"Buraxdığımız qollar öz səhvlərimizin nəticəsi idi. Gənc futbolçulara hələ təcrübə lazımdır. Oyunun sonuna yaxın ikinci mərkəz hücumçusuna şans verdik. Bu cür planlar hər zaman fikrimizdə olur. “Sumqayıt”la oyunda da bunu yoxladıq və nəticə etibarilə daha çox hücum şansımız yarandı. Hazırlıq prosesindən və futbolçularımızdan çox razıyam. Yeni transferlərimiz də oldu. Düzdür, hələ komandaya uuğunlaşa bilməyiblər. Buna isə müəyyən zaman lazımdır. Hazırda yeganə narahat olduğumuz məqam budur”.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma bərabərliklə (2:2) başa çatıb.
Oxşar xəbərlər
"Sumqayıt"ın baş məşqçisi: "Qarabağ"la matç bizim üçün yaxşı təcrübə oldu"
"Qəbələ"nin baş məşqçisi: "Futbolçular meydana ağır yüklənmələr fonunda çıxmışdılar"
"Kəpəz"in baş məşqçisi: "Klubdakı çatışmazlıqları aradan qaldırmağa çalışacağıq"
"Qəbələ"nin baş məşqçisi: "Yevlax şəhər stadionunda futbol oynamaq olmaz"
"Sumqayıt"la "Qəbələ" bu gün yoxlama oyununda üz-üzə gələcəklər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













