Tomas Müller karyerasını MLS-də davam etdirmək qərarına gəlib
Almaniyanın "Bavariya" klubunun futbolçusu Tomas Müller karyerasını MLS-də davam etdirmək qərarına gəlib.
"Sizinxeber.az" "Sky Sport Germany"yə istinadən xəbər verir ki, 25 il Bundesliqa komandasında çıxış edən təcrübəli futbolçu ABŞ təmsilçilərindən biri ilə müqavilə imzalayacaq.
Müqavilənin yaxın günlərdə imzalanacağı bildirilir. Onu transfer etmək istəyən komandalardan birinin "Los-Anceles" olduğu iddia edilir.
Qeyd edək ki, 35 yaşlı hücumçu bu ilin yayında "Bavariya"dan ayrılıb. T.Müller Münhen təmsilçisinin heyətində bütün turnirlərdə 756 oyun keçirib, 250 qol və 276 məhsuldar ötürmə ilə yadda qalıb.
O, "Bavariya"nın heyətində 33 kubok, o cümlədən iki dəfə UEFA Çempionlar Liqasını qazanıb. Almaniya millisinin sabiq futbolçusu 2014-cü ildə dünya çempionu olub.
Oxşar xəbərlər
Tomas Müller "Bavariya"dan ayrılacağını açıqlayıb
Tomas Müller karyerasını İtaliya A seriyasında davam etdirə bilər
Müller “Bavariya”da keçirdiyi rəsmi oyunların sayına görə rekordçu olub
"Bavariya"nın futbolçusu karyerasını PSJ-də davam etdirə bilər
"Bavariya" Tomas Müllerlə müqavilə müddətini uzatmağa hazırdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
AZAL-ın ilk yeni nəsil "Airbus A321neo" təyyarəsi Bakıya çatıb
