Dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib
sizinxeber.az xəbər saytı

Dövlət qurumları arasında avarçəkmə yarışı keçirilib


Gənclər və İdman Nazirliyi və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib.

"Report" xəbər verir ki, bulvar ərazisində təşkil olunan yarışda qadınlar və kişilər müxtəlif kateqoriyalar üzrə bacarıqlarını nümayiş etdiriblər.

Kişilər arasında tək nəfərlik qayıq yarışının qalibi SOCAR-ı təmsil edən Ehtibar Əsədov olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları Elxan Əsədov və Özcan Kərimov müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar.

Qadınlar arasında keçirilən tək nəfərlik qayıq yarışında Leyla Əliyeva (FHN) birinci yerə layiq görülüb. İlahə Çələbiyeva (Gənclər və İdman Nazirliyi) yarışı ikinci, Mələkxanım Məmmədova (FHN) isə üçüncü pillədə başa vurublar.

Kişilər arasında iki nəfərlik qayıq yarışında SOCAR birinci, GİN ikinci, FHN üçüncü yerə sahib olublar.

Qarışıq komanda (kişilər və qadınlar) yarışında FHN birinci, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ikinci, GİN isə üçüncü yerə layiq görülüblər.

Oxşar xəbərlər

Dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçirilib
Dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək
Voleybol üzrə Azərbaycan Yüksək Liqasında final və üçüncü yer uğrunda oyunların proqramı müəyyənləşib
Avarçəkmə üzrə Azərbaycan birinciliyi keçiriləcək
Dənizkənarı Milli Parkda təşkil olunan "Qələbə qaçışı"nın qalibləri mükafatlandırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər