Azərbaycanın qadın sablyaçıları Dünya Kubokunda çıxışlarını başa vurublar » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
18:00

Azərbaycanın qadın sablyaçıları Dünya Kubokunda çıxışlarını başa vurublar

26 may, 2025
18:00
607

Azərbaycanın qadın sablyaçıları Dünya Kubokunda çıxışlarını başa vurublar

Azərbaycanın qadın sablyaçıları Perunun paytaxtı Limada keçirilən Dünya Kubokunun mərhələ yarışında çıxışlarını başa vurublar.

Qılıncoynatma Federasiyasından "Sizinxeber.az"a verilən məlumata görə Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət kollektiv komanda yarışında 1/8 finalda turnirin finalçısı Yaponiyaya 37:45 hesabı ilə uduzub.

9-16-cı yerlər uğrunda qarşılaşmalarda Honkonqa 45:36 hesabı ilə qalib gələn komanda İspaniyaya 35:45 hesabı ilə məğlub olub. Azərbaycan sablyaçıları 11-12-ci yerlər uğrunda görüşdə Almaniyaya 38:45 hesabı ilə uduzub.

Qadın sablyaçıların şəxsi yarışında Palina Kaspiaroviç ən güclü "16-lığ"a kimi irəliləyib. Səbinə Kərimova və Zərifə Hüseynova isə 140-dan çox iştirakçının qatıldığı turnirdə ilk "yüzlük"də yer alıb.

Bizimlə əlaqə saxlayın