Azərbaycanın sablyaçılardan ibarət milliləri dünya birinciliyində mübarizəni dayandırıb
Azərbaycanın yeniyetmə və gənc qılıncoynadanlardan ibarət milliləri Çinin Usi şəhərində keçirilən dünya birinciliyində mübarizəni dayandırıb.
"Sizinxeber.az" Qılıncoynatma Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Rəsul Əliyev, Abbas Hüseynov, Timur Husnaddinov və Ayxan Xasıyevdən ibarət sablya üzrə millimiz ilk görüşdə Polşa yığmasına 41:45 hesabı ilə məğlub olaraq mübarizəni erkən dayandırıb.
Oğlan sablyaçılarımız ümumi sıralamada 22-ci yerdə qərarlaşıb.
Fərəh Abasova, Leyla Əhmədova, Zərifə Hüseynova və Valentina Zeynalovadan ibarət sablya yığması isə qızların komanda yarışında ilk görüşünü qələbə ilə başa vurub. Komanda honkonqlu rəqiblərini 45:37 hesabı ilə məğlub edib.
"8-liy"ə yüksəlmək uğrunda qarşılaşmada yığma Bolqarıstana 25:45 hesabı ilə uduzub. Milli 9-16-cı yerlər uğrunda keçirilən görüşlərdə Çin komandasına 28:45 hesabı ilə məğlub olub. Ardınca Misir millisinə 31:45 hesabı ilə uduzan qız sablyaçılarımız sonuncu görüşdə Qazaxıstan təmsilçilərinə 45:41 hesabı ilə qalib gələrək ümumi sıralamada 15-ci olub.
Oxşar xəbərlər
Azərbaycanın yeniyetmə sablyaçıları Rumıniyadakı turnirdə çıxışlarını başa vurublar
Azərbaycan qılıncoynadanları Çində keçirilən dünya birinciliyində iştirak ediblər
Azərbaycan qılıncoynadanları Dünya Kubokunda çıxış ediblər
Azərbaycan millisi Avropa çempionatında mübarizəni dayandırıb
Dünya çempionatı: Azərbaycan millisi üçüncü yer uğrunda oyunda məğlub olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














