Azərbaycan ilk dəfə dünya çempionatında 4 kateqoriyada 6 badmintonçu ilə təmsil olunacaq
Azərbaycan badminton üzrə dünya çempionatında ilk dəfə 4 kateqoriyada 6 idmançı ilə təmsil olunacaq.
Bu barədə "Report"a Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən məlumat verilib.
Avqustun 25-31-i aralığında Fransanın paytaxtı Parisdə keçiriləcək yarışda 4 kateqoriya üzrə 6 badmintonçu reytinq sıralamasına əsasan iştirak hüququ qazanıb.
Kişilərin şəxsi yarışında Edi Reski Dviçayo və Diki Pangestu, qadınlardan Keişa Fatimə Zəhra, kişilərin qoşa kateqoriyasında Aqil Qəbilov - Diki Pangestu cütlüyü və qarışıq-qoşa kateqoriyasında Cahid Əlhəsənov - Həcər Nuriyeva tandemi ölkəmizi mundialda təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının 2025-2028-ci illəri əhatə edəcək strategiyasının əsas hədəflərindən biri qarşıdakı illərdə badmintonçuların Avropa və dünya çempionatlarında mütəmadi olaraq bütün kateqoriyalar üzrə iştirakını təmin etməkdir.
Oxşar xəbərlər
Azərbaycanın iki badmintonçusu ilk dəfə dünya reytinqində "100-lük"də qərarlaşıb
Azərbaycan badmintonçuları Botsvanada 6 medal qazanıblar
Azərbaycan badmintonçusu İranda gümüş medal qazanıb
Azərbaycan badmintonçuları Gürcüstanda 16 medal qazanıblar
Azərbaycan badminton millisinin baş məşqçisi: "Bakıdakı yarış yüksək səviyyədə təşkil olunacaq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











