Azərbaycan badmintonçusu İranda gümüş medal qazanıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
03 
fev
2025
12:30
0
0
1 064

Azərbaycan badmintonçusu İranda gümüş medal qazanıb

03 fev, 2025
12:30
1 064

Azərbaycan badmintonçusu İranda gümüş medal qazanıb

Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra İranda keçirilən 33-cü “Iran Fajr International Challenge” turnirində gümüş medal qazanıb.

"Report" Badminton federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qadın badmintonçuların şəxsi yarışında mübarizəyə 1/32 finaldan başlayan badmintonçumuz finala gedən yolda İran, Türkiyə, Bolqarıstan və Hindistandan olan rəqiblərinə qalib gəlib.

Keişa qızıl medal uğrunda keçirilən həlledici qarşılaşmada Türkiyə badmintonçusu Neslihan Arınla üz-üzə gəlib.

Oyun turnirin reytinq favoriti Neslihanın 2:0 (21-17,21-14) hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, 21 yaşlı badmintonçumuz hazırda Dünya Badminton Federasiyasının reytinq siyahısında 49-cu sırada qərarlaşıb.

Bizimlə əlaqə saxlayın