Dopinqə görə cəzalandırılan güləşçi Azərbaycan millisinin üzvü olmayıb
sizinxeber.az xəbər saytı

Dopinqə görə cəzalandırılan güləşçi Azərbaycan millisinin üzvü olmayıb


Dopinq testi müsbət çıxdığına görə 48 aylıq cəzalandırılan güləşçi Məhəmməd Abdullazadə heç bir beynəlxalq yarışda iştirak etməyib və Azərbaycan millisinin üzvü olmayıb.

Bu barədə “Sizinxeber.az”a açıqlamasında Azərbaycan Güləş Federasiyasının mətbuat katibi Sərxan Musayev bildirib.

O, güləşçinin ən yaxşı halda gənclər arasında ölkə çempionatında üçüncü yeri tutduğunu deyib:

“Məhəmməd Abdullazadə heç bir beynəlxalq yarışda iştirak etməyib. Gənclər arasında Azərbaycan çempionatında güləşib. Səhv etmirəmsə, elə bu yarışda da dopinqə düşüb. Heç vaxt yığmanın üzvü olmayıb, ciddi nəticəsi də yoxdur. Ən yaxşı halda Azərbaycan çempionatında üçüncü yeri tutub. Hər çempionatdan sonra medal qazanan idmançılardan test nümunələri götürülür. Məhəmmədin testi müsbət çıxıb deyə diskvalifikasiya edilib. Lakin bu, 2024-cü il yanvarın sonu, fevralın əvvəllərində keçirilən Azərbaycan çempionatından sonra baş verib”.

Qeyd edək ki, Məhəmməd Abdullazadə nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəbindən 4 il müddətinə diskvalifikasiya olunub. Sanksiyanın qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.

Oxşar xəbərlər

Azərbaycan Güləş Federasiyası Vaxit Qalayevin 4 illik cəzalandırılmasına münasibət bildirib
Olimpiada iştirakçılarının təxminən 1/4-i dopinq testi verib
Azərbaycanın akrobatika gimnastikası millisinin baş məşqçisi: Dünya çempionatında tarixi nəticəyə imza atdıq
Azərbaycan güləşçiləri dünya çempionatında 2 bürünc medal qazanıb
Azərbaycan millisinin baş məşqçisi: "İki taekvondoçumuzun dünya çempionatında üçüncü yeri tutması uğurdur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər