Azərbaycan güləşçisi antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib
sizinxeber.az xəbər saytı

Azərbaycan güləşçisi antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib


Azərbaycan güləşçisi Məhəmməd Abdullazadə antidopinq qaydalarını pozduğuna görə 48 aylıq diskvalifikasiya edilib.

"Sizinxeber.az" AMADA-ya istinadən xəbər verir ki, buna idmançının nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerlərinin mövcudluğu səbəb olub.

Güləşçi qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdinə görə cəzalanıb. Onun nümunəsində S4 Hormon və Metabolik Modulyatorlar - Meldonium aşkarlanıb.

M.Abdullazadənin sanksiyasının qüvvəyə minmə tarixi ötən il martın 15-i göstərilib. Cəzanın müddəti 2028-ci il martın 15-də bitəcək.

Oxşar xəbərlər

Azərbaycan boksçusu dopinqə görə 48 aylıq diskvalifikasiya olunub
Azərbaycan kikboksinqçisi 48 aylıq diskvalifikasiya olunub
Rusiyalı idmançı antidopinq qaydalarını pozduğuna görə iki il müddətinə diskvalifikasiya edilib
“Neftçi” İdman Klubunun rəsmisi boksçunun 48 aylıq cəzalandırılmasına münasibət bildirib
AMADA 2023-cü ildə 7 antidopinq qayda pozuntusu üzrə sanksiya qərarı qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle