MOK-da Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib
Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında bu gün Qlobal Kiberidman Federasiyasının rəhbərləri ilə görüş keçirilib.
"Sizinxeber.az" MOK-un mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbirdə komitənin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katibi Azər Əliyev, idman idarəsinin müdiri Həsənağa Rzayev, beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, marketinq şöbəsinin direktoru Sakinə Vəliyeva, mətbuat katibi Murad Fərzəliyev, Qlobal Kiberidman Federasiyasının baş direktoru Paul J. Foster və aparat rəhbəri Rüstəm Ağasıyev iştirak ediblər.
Görüşün əsas məqsədi kiberidman fəaliyyətini gücləndirmək, daha da inkişaf etdirmək və gələcəkdə bu sahə üzrə əməkdaşlıq imkanlarını genişləndirmək olub. Tədbirdə kiberidmanın Olimpiya Hərəkatına dəstəyi müzakirə edilib.
Tədbir iştirakçılarını salamlayan A.Əliyev əvvəlcə MOK-un fəaliyyəti və Azərbaycan idmanının inkişafı barədə ətraflı məlumat verib. O, Azərbaycanın ev sahibliyi etdiyi beynəlxalq yarışlar və Olimpiya Oyunlarında əldə edilən uğurlardan danışıb.
Paul J.Foster Azərbaycan Olimpiya komandasının Paris-2024 Yay Olimpiya Oyunlardakı nəticələri münasibətilə təbriklərini çatdırıb:
“Bakıya heyran oldum. Düzünü desəm, çox yaxın, doğma olduğunu hiss edirəm. Bu məni həqiqətən duyğulandırır. Bakının beynəlxalq şəhərə çevrildiyini gördüm. Əvvəla, demək istəyirəm ki, 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarının, 2017-ci ildə keçirilən IV İslam Həmrəyliyi Oyunlarının, eləcə də digər tədbirlərin təşkilatçılıq işlərinə heyran qaldım. Bu, həqiqtən də onu göstərir ki, Azərbaycan idman ölkəsidir”.
Paul J.Foster 2021-ci ildə Sinqapurda, 2022-ci ildə Türkiyənin İstanbul şəhərində, 2023-cü ildə Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyad şəhərində keçirilən Qlobal Kiberidman Oyunları və bu il Perunun paytaxtı Limada keçiriləcək Qlobal Kiberidman Oyunları haqqında məlumat verib. O, həmçinin bildirib ki, bu ilin noyabrında “Riot Games” şirkəti Hindistanın Mumbay şəhərində şücaət çempionatı təşkil edəcək. Bu turizm üçün də maraqlıdır, çünki biz həm Hindistan, həm də Çin bazarını sınamağı planlaşdırırıq.
Daha sonra baş direktor Azərbaycanda Qlobal Kiberidman Tur adlı tədbir keçirmək istədiklərini qeyd edib.


width="220" alt="MOK-da Deflimpiya Hərəkatının inkişafı üçün beynəlxalq qurumların rəsmiləri ilə görüş keçirilib" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />