Azərbaycan İdman Akademiyasında AFFA ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib
Azərbaycan İdman Akademiyasında (ASA) AFFA ilə gələcək əməkdaşlığın genişləndirilməsi məqsədilə görüş keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, görüşdə AFFA-nı Baş katib Cahangir Fərəcullayev, Baş katibin müavini Kamran Vəliyev, Futbolun İnkişaf Fondunun icraçı direktoru Tural Piriyev, Assosiasiyanın Təhsil şöbəsinin rəhbəri Aslan Kərimov və “Azərloteraya” ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təmsil ediblər.
ASA-nın nümayəndə heyətində isə Tədris işləri üzrə prorektor Ülkər Babayeva, Məşqçilik proqramının rəhbəri İlqar Əliyev, dosent Namiq Quliyev, eləcə də proqram koordinatorları Cavid Cəlilov və Rüstəm Rüstəmli yer alıblar.
Görüşdə tərəflər arasında nəzərdə tutulan əməkdaşlıq istiqamətləri müzakirə olunub. Birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, bu cür görüşlərin mütəmadi keçirilməsi əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Daha sonra qonaqlar ASA-nın MediaLab və İdman tibbi tədqiqatları laboratoriyasında yaradılan şəraitlə tanış olublar.


width="220" alt="AFFA-da "Barselona" klubunun nümayəndələri ilə görüş olub" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />