Bakıda boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
22 
apr
2025
10:30

Bakıda boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək

22 apr, 2025
10:30
919

Bakıda boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi start götürəcək

Boks üzrə kadetlər arasında zona birinciliyinin final mərhələsi bu gün start götürəcək.

Boks Federasiyasından "Report"a verilən məlumata görə, yarışda 17 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Turnirdə 50 komandadan 153 boksçu gücünü yoxlayacaq. Görüşlərdən öncə isə komandaların paradı baş tutacaq.

Final mərhələsində, həmçinin qız boksçuların da seçim turniri olacaq. Mübarizəyə 30 idmançı qoşulacaq.

Yarışın baş hakimi Anar Babanlı olacaq.

Qeyd edək ki, Bakı Boks Mərkəzində təşkil olunacaq turnirin final mərhələsi aprelin 26-da başa çatacaq.

Bizimlə əlaqə saxlayın