AAF yolsuzluq avtomobillərinin yürüşünü keçirib
Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə səhər saatlarından başlayan “Offroad” – yolsuzluq avtomobillərinin yürüşü başa çatıb.
"Sizinxeber.az" xəbər verir ki, Bakı-Xızı-Şamaxı marşrutu üzrə yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb. Çətin keçilən yolları əhatə edən yürüş adrenalin dolu anlarla yadda qalıb.
AAF avtomobil idmanı üzrə müxtəlif yarışlar təşkil etməklə yanaşı, mütəmadi olaraq “Offroad” sahəsini də diqqətdə saxlayır, yolsuzluq avtomobilləri üzrə müxtəlif yürüş və yarışlara dəstək göstərir.
Yolsuzluq avtomobillərinin qatıldığı yürüşün keçirilməsində məqsəd avtomobil idmanının inkişaf etdirilməsi, həmçinin regionlarda avtomobil həvəskarlarının bu idman növünə cəlb olunmasıdır.
Yürüşdə Azərbaycan Avtomobil Federasiyasının üzvləri ilə yanaşı, bu sahəyə maraq göstərən şəxslər, o cümlədən bir sıra məşhurlar da iştirak edib.


width="220" alt="Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub" />
width="220" alt="Klassik avtomobillərin yürüşünə qoşulmaq üçün qeydiyyat başa çatır" />
alt="Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"" />
alt="Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib" />
alt="Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir" />
alt="Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib" />
width="290" alt="Sahibə Qafarova: Avropa Parlamenti beynəlxalq hüququn prinsiplərinə zidd olan qərəzli praktikasını davam etdirib" />
width="290" alt="Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib" />
width="290" alt="Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib" />
width="290" alt="Leyla Əliyeva Heydər Əliyevin anım günü ilə bağlı paylaşım etdi" />
width="290" alt="Alyona Əliyeva: "Heydər Əliyevin anım günündə onun xalqımız üçün gördüyü misilsiz xidmətləri dərin ehtiramla yad edirik"" />
width="290" alt="Prezident İlham Əliyev Heydər Əliyevin anım günü ilə bağlı paylaşım edib" />