AAF-nin Ümumi Yığıncağı keçirilib, İdarə Heyətinə yeni üzvlər seçilib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) Ümumi Yığıncağı keçirilib.
“Sizinxeber.az” xəbər verir ki, tədbirdə AAF-nin prezidenti Kamran Nəbizadə, vitse-prezidentlər Mirsəməd Mövsümzadə və Firdovsi Umudov, Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Elnur Məmmədov, federasiyanın üzvləri, mütəxəssislər və digər qonaqlar iştirak ediblər.
Kamran Nəbizadə ağırlıqqaldırma idman növünə verilən dəstək nəticəsində mütəmadi qələbələr əldə edildiyini qeyd edib və Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Avropa çempionatında qızıl medal qazanan Dadaş Dadaşbəylinin nailiyyətini vurğulayıb. Nəbizadə federasiya tərəfindən nəticələrin daha da yaxşılaşdırılması üçün kütləviliyin artırılması və bunun xüsusilə regionlarda edilməsi, həmçinin ağırlıqqaldırmanın inkişafı istiqamətində bütün digər çalışmaların edildiyini, yeni klubların yaradılması, mövcud klublara dəstək verilməsi yolu ilə inkişaf xəttinin seçildiyini və bu yolda inamla irəlilədiklərini qeyd edib. O, Avropa və Beynəlxalq Ağırlıqqaldırma Federasiyaları ilə də əlaqələrin möhkəmləndirildiyini, xüsusilə antidopinq siyasəti məsələlərində həmrəy addımların atıldığını, bunun qeyd olunan qurumlar tərəfindən təqdir olunduğunu bildirib.
Sonra gündəlikdəki məsələlərə keçilib və bir sıra qərarlar qəbul olunub. AAF-nin İdarə Heyətinin üzvləri Nihatbəy Məmmədli və Anar Hüseynovun işlərinin çoxluğu səbəbindən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi barədə müraciətlərinə baxılıb. Ümumi Yığıncaq bu müraciəti qəbul edib. Onların yerinə İdarə Heyətinin üzvü vəzifəsinə Maksim Cavadov və Fəxri Mehdiyev seçiliblər.
Daha sonra Nəzarət-Təftiş Komissiyasına seçkilər keçirilib. Gündüz Məmmədov quruma sədr, Bilal Məhərrəmov və Telman Şükürlü isə üzv seçiliblər.
Sonda federasiya üzvlərinin, ağırlıqqaldırma mütəxəssislərinin rəy və təklifləri dinlənilib, müzakirələr aparılıb.
Oxşar xəbərlər
2023-cü ildə uğur qazanan uşuçularla görüş keçirilib
Elçin Quliyev yenidən bu federasiyanın prezidenti oldu
“Neftçi İdman Klubu” 2023-cü ili yüksək nəticələrlə başa vurur
Şöbə müdiri: “Dünya çempionatının Heydər Əliyevin yubileyi ərəfəsində Bakıda keçirilməsi tarixi hadisədir”
Milli Paralimpiya Komitəsinin İdarə Heyətinin iclası keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












