Xankəndi – Bakı ultramarafonunda ikinci yeri tutan atlet son iki günü fərqləndirib
sizinxeber.az xəbər saytı

Xankəndi – Bakı ultramarafonunda ikinci yeri tutan atlet son iki günü fərqləndirib


Xankəndi – Bakı ultramarafonunda ikinci yeri tutan atlet Yadigar Hüseynov son iki günü fərqləndirib.

“Report” xəbər verir ki, idmançı 5 mərhələdən ibarət yarışın Hacıqabul - Qobustan (70 km) və Qobustan - Bakı (55 km) mərhələsinin daha çətin keçdiyini düşünür.

O, bunu yüksəkliyə qalxmaqla əlaqələndirib: “Ağır marşrut idi. Xüsusən də son iki gün çox ağır oldu. Çünki əsasən yüksəkliyə doğru qaçmağa başladıq. Buna baxmayaraq, yarışı sağ-salamat başa vurduq”.

Y.Hüseynov ultramarafonun təşkilatçılarına təşəkkürünü bildirib: “Bu, təkcə bizim yox, hər birimizin – bizi müşayiət edənlərin, təşkilatçıların və bütün xalqın uğurudur. 380 km məsafə qət etməyimizdə burada olan hər kəsin zəhməti var”.

Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.

Oxşar xəbərlər

Xankəndi – Bakı ultramarafonunun qalibi: Yarışın hər dəqiqəsində şəhidləri yad edirdik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Meksikanın Azərbaycandakı səfiri: Atletlərimiz növbəti ultramarafonda da iştirak edəcəklər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu yollar buz bağlayıb - Siyahı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan fiqurlu konkisürəni Avropa çempionatında 16-cı yeri tutub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qobustan Milli Parkının ərazisi genişləndiriləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər