Xankəndi – Bakı ultramarafonunun qalibi: Yarışın hər dəqiqəsində şəhidləri yad edirdik
Yarışın hər günündə, hər dəqiqəsində şəhidləri yad edirdik.
“Report”un məlumatına görə, bunu Xankəndi – Bakı ultramarafonunun qalibi Artyom Əliyev jurnalistlərə açıqlamasında deyib.
Həm Qobustan – Bakı marşrutunun (55 kq), həm də 380 km-lik ümumi ultramarafonun qalibi olan idmançı uğurunu şəhidlərə həsr edib: “Yarış çox gözəl təşkil olunmuşdu. Azərbaycan atletləri bir ailə kimi həm məşq keçdilər, həm də yarışdılar. Bu qələbəni şəhidlərimizə həsr edirik”.
Qeyd edək ki, fevralın 29-da startı verilən Xankəndi – Bakı ultramarafonunda idmançılar ümumilikdə 380 km məsafə qət ediblər. Yarışda Azərbaycanla yanaşı, Türkiyə (5 nəfər), Meksika (4) və Moldovanın (1) atletləri də mübarizə aparıblar.
Oxşar xəbərlər
Meksikanın Azərbaycandakı səfiri: Atletlərimiz növbəti ultramarafonda da iştirak edəcəklər
Xankəndi – Bakı ultramarafonunda ikinci yeri tutan atlet son iki günü fərqləndirib
İkiqat Avropa çempionu: Bunun arxasında böyük əziyyətlər durur
SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş basketbolçu vəfat edib
Nəvaz Şərif özünü Pakistanda keçirilən parlament seçkilərinin qalibi elan edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













