Boris Qelfand Azərbaycan şahmatçıları ilə işləyəcək
Şahmat üzrə Dünya Kubokunun qalibi Boris Qelfand Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəvəti əsasında Bakıya gəlib.
“Report” AŞF-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu gün qurumun prezidenti Mahir Məmmədovla görüşən İsrail şahmatçısı ilə əldə olunan razılıq əsasında Qelfand təcrübəsini mütəmadi olaraq azərbaycanlı şahmatçılarla bölüşəcək.
Tanınmış qrossmeyster ölkəmizdə olduğu müddətdə Gövhər Beydullayeva, Ayan Allahverdiyeva, Məhəmməd Muradlı, Aydın Süleymanlı, Xəzər Babazadə, Abdulla Qədimbəyli, Vüqar Əsədli və digərləri ilə məşğul olacaq.
Qeyd edək ki, uzun illər İsrail millisində çıxış edən Boris Qelfand 2009-cu ildə Dünya Kubokunun, 2011-ci ildə isə İddiaçılar Turnirinin qalibi olub. O, 2012-ci ildə dünya çempionluğu uğrunda matçda iştirak edib.
Oxşar xəbərlər
SSRİ yığmasının heyətində olimpiadanın qalibi olmuş basketbolçu vəfat edib
Əfsanəvi futbolçu Frans Bekkenbauer vəfat edib
Şahin Bağırovun vətəndaş qəbulunun vaxtı dəyişdirilib
“Mançester Siti” klublararası dünya çempionatının qalibi olub
Qərbi Azərbaycan İcması Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












