AAF-nin vitse-prezident Avropa Ağırlıqqaldırma Federasiyasının xüsusi Konqresində iştirak edib
Azərbaycan Ağırlıqqaldırma Federasiyasının (AAF) vitse-prezident Firdovsi Umudov Polşanın Varşava şəhərində Avropa Ağırlıqqaldırma Federasiyasının (EWF) xüsusi Konqresində iştirak edib.
"Sizinxeber.az" xəbər verir ki, tədbiri giriş sözü ilə açan EWF-nin prezidenti Antonio Konflitti qonaqları salamlayıb və konqresin proqramı ilə bağlı iştirakçılara məlumat verib.
Ardınca səsvermə yolu ilə sabah start götürəcək Avropa birinciliyinin texniki və hakim heyəti təsdiqlənib.
Daha sonra bu il 55 yaşını qeyd edən EWF-nin keçdiyi tarixi yol xatırlanıb. EWF tərəfindən qurumun rəsmilərinə xüsusi hədiyyələr təqdim edilib. Konqresin gündəliyinə əsasən EWF-nin yeni loqosu təsdiqlənib. İclasın sonunda AAF-nin xüsusi hədiyyəsi 55 illiyini qeyd edən EWF-nin prezidenti Antonio Konflittiyə təqdim edilib.
Oxşar xəbərlər
Fərid Qayıbov Avropa Ağırlıqqaldırma Federasiyasının prezidentini qəbul edib
EWF prezidentinin Bakıya səfəri zamanı beynəlxalq yarışların Azərbaycanda təşkili müzakirə olunub
Ağırlıqqaldırma üzrə Azərbaycan çempionatı və birinciliyinin açılış mərasimi keçirilib
AAF prezidenti türkiyəli həmkarı ilə görüşüb
AAF-nin Ümumi Yığıncağı keçirilib, İdarə Heyətinə yeni üzvlər seçilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











