Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisinin üzvləri ilə görüş keçirilib
Sentyabrda Ümumdünya Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycanın qadın millisinin üzvləri ilə görüş keçirilib.
Azərbaycan Şahmat Federasiyasından "Report"a verilən məlumata görə, görüşdə Günay Məmmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Xanım Balacayeva eləcə də kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski iştirak edib.
Əvvəlcə şahmatçılar iştirak etdikləri son turnirlər barədə danışıb. Ardınca kapitan Mixail Şereşevski və məşqçi Yevgeni Tomaşevski olimpiadaya hazırlığın son mərhələsi barədə fikirlərini bildirib.
Olimpiadaya hazırlığın gedişatı ilə maraqlanan Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov təlim-məşqlərlə bağlı milli komandaya bundan sonra da lazımi şəraitin yaradılacağını söyləyib.
Görüş zamanı avqust ayı üçün nəzərdə tutulan hazırlıq planı və olimpiadayla bağlı digər məsələlər müzakirə edilib.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası 10-23 sentyabr tarixlərində Macarıstanda keçiriləcək.
Oxşar xəbərlər
Şahmat Olimpiadasında iştirak edəcək Azərbaycan millisi ilə görüş keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Mahir Məmmədov Parisdə FIDE-nin prezidenti ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AŞF-nin prezidenti Parisdə Beynəlxalq Şahmat Federasiyasının rəhbəri ilə görüşüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
FIDE reytinqi: Şəhriyar Məmmədyarov irəliləyib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Şahmat Federasiyası idman jurnalistləri arasında turnir keçirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












