Azərbaycanın olimpiya mükafatçısı: "Varşavadakı turnirdə rəqiblərim güclü idi"
Azərbaycan sərbəst güləşçisi Giorgi Meşvildişvilinin (125 kq) Varşavada Polşanın məşhur pəhləvanlarının xatirəsinə həsr olunmuş beynəlxaq turnirdəki rəqibləri güclü olub.
Bunu "Sizinxeber.az"a yarışda qızıl medal qazanan milli üzvü deyib.
Paris-2024 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı turnirin yaxşı təşkil olunduğunu da söyləyib:
"Mən ilk növbədə öz çıxışımdan razıyam. Rəqiblər də güclü idi".
30 yaşlı idmançı qarşıdakı hədəflərdən söz açıb:
"Sentyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə dünya çempionatı keçiriləcək. Həmin mundiala hazırlaşacağıq. Orada da qızıl medal qazanmaq istəyirəm".
Qeyd edək ki, G.Meşvildişvili ötən ay zədəli olduğu üçün Macarıstanda baş tutan reytinq turnirində iştirak etməyib. Dünya çempionatı sentyabrın 13-21-i aralığında baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycanın Olimpiya mükafatçısı Polşada keçirilən turnirdə qızıl medal qazanıb
Giorgi Meşvildişvili: “Qazandığım medal mənim üçün qızıla bərabərdir”
Azərbaycanın iki güləşçisi Macarıstanda gümüş medal qazanıblar
Paris-2024: Azərbaycanın sərbəst güləşçisi bürünc medal qazanıb
Paris-2024: Azərbaycan medal sıralamasında 28-ci yerdə qərarlaşıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











