"Crocus Fitness Sea Breeze" beynəlxalq padel kuboku start götürüb
sizinxeber.az xəbər saytı

"Crocus Fitness Sea Breeze" beynəlxalq padel kuboku start götürüb


Azərbaycan Tennis və Padel Federasiyasının təşkilatçılığı ilə "Crocus Fitness Sea Breeze" beynəlxalq padel kuboku start götürüb.

"Report" xəbər verir ki, açılış mərasimində iştirak edən federasiya rəsmiləri idmançılara uğurlar arzulayıb, padelin Azərbaycanda sürətli inkişafından danışıblar.

İlk yarış avqustun 3-ə qədər, ikinci turnir isə 5-dən 7-dək davam edəcək. Beynəlxalq mübarizədə Azərbaycanla yanaşı İtaliya, Moldova, Türkiyə, Gürcüstan, Latviya, Sudan, Ukrayna, İsrail və Qazaxıstandan olan idmançılar iştirak edir.

Ümumilikdə isə 36 padelçi medallar uğrunda yarışır.

Oxşar xəbərlər

Azərbaycan idmançısı Bakıda keçirilən padel tennisi üzrə beynəlxalq turnirdə üçüncü olub
“Crocus Fitness Sea Breeze International Padel  Cup” seriyasında ikinci turnirə yekun vurulub
Şirvanda bir nəfər Kürdə boğulub
Suqovuşanda "Prezident Kuboku-2025" beynəlxalq turnirinə start verilir
Bakıda atıcılıq üzrə Zəfər Kuboku start götürüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər