Paris-2024: Azərbaycan idmançısının iştirak edəcəyi yarış təxirə salınıb
Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün baş tutmalı olan triatlon yarışı təxirə salınıb.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə beynəlxalq federasiyanın (World Triathlon) mətbuat xidməti məlumat yayıb.
Buna səbəb Sena çayında suyun keyfiyyətinin aşağı olmasıdır.
Azərbaycan təmsilçisi Rostislav Pevtsovun da mübarizə aparacağı yarışın iyulun 31-də gerçəkləşə biləcəyi vurğulanıb. Lakin qurum idmançıların sağlamlıqlarının onlar üçün prioritet olduğunu əsas gətirərək bu hadisənin baş tutacağına zəmanət verməyib.
Qeyd edək ki, çirklilik səviyyəsi yüksək olduğuna görə 1923-cü ildən çimməyin qadağan edildiyi Sena çayında bu il bəzi yarışlar keçirilir. Paris-2024 avqustun 11-də başa çatacaq.
Oxşar xəbərlər
Paris-2024: Sena çayında suyun çirkli olmasına görə məşq ləğv edilib
Paris olimpiadasındakı yarış hava şəraitinə görə təxirə salınıb
Paris-2024: Triatlonçuların üzgüçülük məşqləri Senadakı çirkli su səbəbindən ləğv edilib
Olimpiadada triatlon yarışları təxirə salına bilər
AGF-nin vitse-prezidenti Paris-2024-də iştirak edəcək idmançılarla görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













