Bakıda "Avropa Cüdo Ümidləri" turnirinin açılış mərasimi keçirilib
Abşeron Olimpiya İdman Kompleksində Avropa Cüdo Birliyinin (EJU) təşkilatçılığı ilə Bakı "Avropa Cüdo Ümidləri" beynəlxalq turnirinin açılış mərasimi keçirilib.
Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən "Sizinxeber.az"a verilən məlumata görə tədbirdə ACF-nin baş katibinin müavini və idman direktoru Kamran Talıbov çıxış edərək ölkəmizdə ilk dəfə təşkil olunan bu turnirin əhəmiyyətini vurğulayıb.
O, yarışların yeniyetmə cüdoçuların praktiki bilik və təcrübələrinin artırılmasında mühüm rol oynadığını qeyd edərək, göstərilən etimada görə Avropa Cüdo Birliyinə təşəkkürünü bildirib.
Avropa Cüdo Birliyinin idman komissarı Pavel Volek isə çıxışında Azərbaycana göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə edib. EJU rəsmisi turnir çərçivəsində keçirilən texniki sessiyalarda iştirak edən Kodokan mütəxəssislərin dəvəti qəbul edərək Bakıya gəlməsindən məmnunluğunu bildirib və bütün iştirakçılara uğurlar arzulayıb.
Rəsmi çıxışların ardından Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və "Avropa Cüdo Ümidləri" turniri rəsmən açıq elan olunub.
Oxşar xəbərlər
Cüdo Federasiyasının rəsmisi: "Avropa Cüdo Ümidləri" turnirində əsas məqsədlərdən biri seminarların keçirilməsidir"
ACF prezidentinin müşaviri: "Ümidvarıq ki, "Avropa Cüdo Ümidləri" turnirinin bir çox iştirakçısını millilərimizdə görəcəyik"
Bakıda Avropa Cüdo Birliyinin Tibb Komissiyasının tibbi seminarı başlayıb
Qubada yeniyetmə cüdoçular arasında Avropa Kubokunun açılış mərasimi keçirilib
Bakıda "Böyük Dəbilqə" turnirinin açılış mərasimi keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











