Azərbaycanın 13 boksçusu Avropa birinciliyində finala vəsiqə qazanıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın 13 boksçusu Avropa birinciliyində finala vəsiqə qazanıb


Azərbaycanın 13 boksçusu Serbiyanın Zlatibor şəhərində məktəbli oğlan və qız boksçular arasında Avropa birinciliyində finala vəsiqə qazanıb.

Bu barədə "Report"a Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Boksçularımızdan Nəsrin Abdullazadə (38 kq), Tunca Mürşüdova (42 kq), Fatimə Məmmədli (44 kq), Kəmalə Həsənova (54 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Nuran Yusibli (46 kq), Abbasəli Məmmədli (48 kq), Elcan Musazadə (50 kq), Sabir Rüstəmov (57 kq), Nurlan Müseyibli (66 kq), Zirəddin Rüstəmli (70 kq) və Yusif Ağakişiyev (75 kq) qızıl medal uğrunda rinqə çıxacaq.

Yarımfinalda məğlub olan Aysan Miriyeva (46 kq), Emiliya Beydullayeva (57 kq), Xumar Cəfərli (70 kq), Sahib Baxışlı (44 kq), Məhəmməd Əli (52 kq), Fərhad Quliyev (54 kq), Amid Ələkbərov (60 kq), Mehran Rəsulov (80 kq) və Ərdəm Təkin (90 kq) isə bürünc medala yiyələniblər.

Qeyd edək ki, Avropa birinciliyinə iyulun 27-də yekun vurulacaq.

Oxşar xəbərlər

Azərbaycan boksçuları Avropa birinciliyində iştirak edəcəklər
Boks üzrə kadetlər arasında zona birinciliklərinin mükafatçıları müəyyənləşib
Azərbaycanın daha bir boksçusu Avropa birinciliyində medal qazanıb
Azərbaycanın daha bir boksçusu dünya birinciliyində finala yüksəlib
Azərbaycan boksçuları Rusiyadakı turnirdə 8 qızıl medal qazanıblar

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər