sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
İtaliyalı gimnast yarış zamanı yıxılaraq komaya düşüb
23 yaşlı italiyalı gimnast Lorentso Boniçelli Almaniyada təşkil olunan Universiada zamanı yıxılaraq komaya düşüb.
"Report" xarici KİV-ə istinadən xəbər verir ki, idmançı komanda yarışında halqalarda hərəkətlərin icrası zamanı uğursuz eniş edib və boynundan zədələnib.
Təcili xəstəxanaya yerləşdirilən gimnast əməliyyat olunub. İtaliya yığması hadisədən sonra turniri tərk edib.
Beynəlxalq Gimnastika Federasiyasının texniki koordinatoru Stiv Butçer idmançının vəziyyətinin ən azı qarşıdakı 10 gün ərzində qeyri-müəyyən qalacağını bildirib.
Qeyd edək ki, Universiada iyulun 27-də başa çatacaq.
Oxşar xəbərlər
Rusiyanın məşhur gimnastı əməliyyat olunub
Azərbaycanlı gimnast beynəlxalq turnirdə bürünc medal qazanıb
İtaliyalı idmançı məşq zamanı faciəvi şəkildə həlak olub
Paris-2024: Filippinin tarixinə düşən gimnast qeyri-adi hədiyyələr alacaq
Azərbaycan gimnastı “FaceOFF” beynəlxalq yarışında qələbə qazanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











