Paris-2024: Filippinin tarixinə düşən gimnast qeyri-adi hədiyyələr alacaq
sizinxeber.az xəbər saytı

Paris-2024: Filippinin tarixinə düşən gimnast qeyri-adi hədiyyələr alacaq


Filippin idmanının tarixinə düşən gimnast Karlos Yulo ölkəsində maraqlı hədiyyələr alacaq.

"Report" "NBC Olympics"ə istinadən xəbər verir ki, ölkəsinin tarixinə ilk olimpiya çempionu kimi düşən Yulonun mükafatları arasında ömürlük pulsuz əriştə və qızardılmış toyuq da var.

24 yaşlı idmançı Paris-2024-dəki uğurlarına görə, 10 milyon Filippin pesosu (170 min dollar), qiyməti 24 milyon peso olan ev, bir neçə restoran şəbəkəsində ömür boyu pulsuz qida və içki, 45 yaşından etibarən kolonoskopiya və qastroenterologiyada ömür boyu pulsuz müalicə, ölkənin yeməkxanalarından ömürlük pulsuz əriştə və qızardılmış toyuq tədarükü, 100 min pesoya başa gələn ev mebeli, həmçinin yeni "iPhone 16" əldə edəcək.

Qeyd edək ki, gimnast Paris olimpiadasında iki qızıl medal qazanıb.

Oxşar xəbərlər

Paris-2024: Azərbaycan gimnastı mübarizəyə başlayıb
Fransalı idmançı antidopinq qaydalarını pozduğuna görə Paris-2024-ə buraxılmayacaq
Paris-2024: Novak Cokoviç olimpiya çempionu olub
Paris-2024: Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb
Paris-2024: Azərbaycan medal sıralamasında 23-cü pillədə qərarlaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər