Hacı Əliyev: "Füzulidə açılan yeni mərkəz Azərbaycan güləşinə çox faydalı olacaq"
Füzulidə açılan yeni mərkəz Azərbaycan güləşinə çox faydalı olacaq.
Bunu "Sizinxeber.az"a açıqlamasında güləş üzrə dünya və Avropa çempionu, Olimpya Oyunlarının gümüş və bürünc mükafatçısı Hacı Əliyev deyib.
O, ötən gün Füzuli şəhərində açılışında iştirak etdiyi güləş mərkəzi barədə danışıb:
"Azərbaycan Güləş Federasiyasına təşəkkürümü bildirirəm. Ətraf rayon və kəndlərdə yaşayan, güləşə həvəsi olan yeniyetmələri unutmurlar. Dünən Füzulidə yeni mərkəzin açılışında iştirak edərkən, oradakı uşaqların və müəllimlərin sevinci gözlərindən oxunurdu. Nə xoş hadisədir ki, Azərbaycanın bölgələrində güləş sevilir. Sabiq güləşçi kimi mənim borcum gənclərə dəstək olmaqdır. Belə zalların açılması Azərbaycan güləşinə çox fayda verəcək. Belə mərkəzlərin sayəsində bölgələrimizdə yeni-yeni dünya, Avropa, Olimpiya mükafatçıları yetişəcək. Çox sevinirəm ki, Füzulidəki tarixi anlara canlı şahidlik etdim".
Qeyd edilib ki, Füzulidə yeni istifadəyə verilən mərkəzdə təcrübəli məşqçi Vüsal Eminovun rəhbərliyi altında 70 yeniyetmə sərbəst güləşlə məşğul olur.
Oxşar xəbərlər
Füzulidə yeni güləş mərkəzi istifadəyə verilib
Mikayıl Cabbarov: Hacı Əliyev hər zaman komanda yoldaşlarına nümunə olub
Hacı Əliyevə Azərbaycan Güləş Federasiyasında vəzifə verilib
Azərbaycan Güləş Federasiyasının nümayəndələri Astarada olublar
Hacı Əliyev sərbəst güləş üzrə koordinator təyin edilməsinə münasibətini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











