Naxçıvanda bilyard turniri keçirilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda bilyard turniri keçirilib


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş bilyard üzrə muxtar respublika açıq turniri keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Marvel Bilyard Salonunda reallaşan yarışa 18 həvəskar bilyardçı qatılıb.

İştirakçılar qarışıq piramida növündə qalibiyyət mübarizəsi veriblər.

Nəticələrə əsasən Ramazan Əliyev turnirin qalibi olub. Gümüş medala Elvin Kərimov sahib çıxıb. Rəşad Əhmədov və Loğman Babayev yarışı bürünc medalla tamamlayıblar.

Adıçəkilən iştirakçılara diplom, medal və hədiyyələr təqdim olunub.

Oxşar xəbərlər

Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək
Naxçıvanda Heydər Əliyevin xatirəsinə həsr olunan cüdo turniri keçirilib
Naxçıvanda “Heydər Əliyev Kuboku” uğrunda futzal turniri keçiriləcək
Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
Basketbol üzrə muxtar respublika birinciliyinin qalibi bəlli olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle