Güləşçilərimiz AÇ-nin son günündə 1 gümüş, 2 bürünc medal qazanıb
sizinxeber.az xəbər saytı

Güləşçilərimiz AÇ-nin son günündə 1 gümüş, 2 bürünc medal qazanıb


İtaliyanın Kaorle şəhərində keçirilən U20 Avropa çempionatına yekun vurulub.

Sizinxeber.az xəbər verir ki, sonuncu yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da medalçılar müəyyənləşib.

Omar Gülməmmədov (74 kq) ukraynalı Boqdan Oliynikə sonuncu xal prinsipinə əsasən (7:7) qalib gələrək bürünc medal qazanıb.

Anar Cəfərli (92 kq) gürcüstanlı Sandro Kuraşvilini 7:4 hesabıyla üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Bəşir Verdiyev (61 kq) bürünc medal görüşündə gürcüstanlı Saba Qambaşidzeyə sonuncu xal prinsipinə əsasən (9:9), Məhəmməd Abbaszadə (86 kq) isə ermənistanlı Razmik Yepremyana 0:3 hesabıyla məğlub olaraq 5-ci yerlə kifayətləniblər.

Çempionatın son qarşılaşmasında Yusif Dursunov (125 kq) finalda rusiyalı İnal Qaqloyevə 0:11 hesabıyla uduzub və 2 il əvvəl olduğu kimi, gümüş medalı boynundan asıb.

Oxşar xəbərlər

Azərbaycanın sərbəst güləş millisi rekord xalla Avropa çempionu olub
Azərbaycan güləşçiləri dünya çempionatını 4 medalla başa vurub
Azərbaycan güləşçiləri Belarusda üç medal qazanıblar
Sərbəst güləş millimiz Avropa ikincisi olub
Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən turnirdə iki medal qazanıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle