Azərbaycan boksçuları Dünya Kubokunda üç bürünc medal qazanıblar
sizinxeber.az xəbər saytı

Azərbaycan boksçuları Dünya Kubokunda üç bürünc medal qazanıblar


Azərbaycan boksçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən Dünya Kubokunda 3 bürünc medal qazanıblar.

"Sizinxeber.az" xəbər verir ki, yarımfinalda rəqiblərinə uduzan təmsilçilərimiz üçüncü yerlə kifayətləniblər.

Sübhan Mamedov (50 kq) Sanjar Taşkenbaya (Qazaxıstan), Məhəmmədəli Qasımzadə (60 kq) Luis Qabriel du Naskimentoya (Braziliya), Məhəmməd Abdullayev (+90 kq) isə Aybek Oralbaya (Qazaxıstan) uduzub.

Qeyd edək ki, sabah yekunlaşacaq Dünya Kubokuna 30 ölkədən 300-dək boksçu qatılıb.

Oxşar xəbərlər

Azərbaycanın daha iki boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib
Azərbaycanın idmançıları Dünya Kubokunda iki bürünc medal qazanıblar
Azərbaycan idmançıları Dünya Kubokunda iki bürünc medal əldə ediblər
Azərbaycan boksçusu Dünya Kubokunu bürünc medalla başa vurub
Dünya Kuboku: Azərbaycanın daha bir təmsilçisi yarımfinalda məğlub olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle