Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb
sizinxeber.az xəbər saytı

Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb


Azərbaycanda Bilyard Akademiyası fəaliyyətə başlayıb.

Bu barədə "Report"a Azərbaycan Bilyard Federasiyasından çəlumat verilib.

Yeni yaradılan akademiya milli komandanın yüksək səviyyədə hazırlıq keçməsi üçün bütün zəruri şəraitlə təmin olunub. Burada həm peşəkar idmançılar, həm də bilyardı yeni öyrənmək istəyən hər kəs üçün nəzərdə tutulmuş xüsusi proqramlar mövcuddur.

Bu gün akademiyada xaricdən dəvət olunmuş tanınmış mütəxəssis, beynəlxalq təcrübəyə malik məşqçi və bir çox aparıcı oyunçuların şəxsi məşqçisi olmuş Ağacan Piriyevin rəhbərliyi ilə seminar keçirilib. Seminar iştirakçılarına nəzəri biliklər, texniki yanaşmalar və peşəkar inkişaf istiqamətləri üzrə tövsiyələr verilib.

Oxşar xəbərlər

Bilyard üzrə Azərbaycan çempionatı keçiriləcək
Naxçıvanda bilyard üzrə muxtar respublika birinciliyi keçiriləcək
Bilyard üzrə Azərbaycan çempionatının mükafatçıları bəlli olub
Azərbaycanın regionlarında cüdo məşqçiləri üçün peşəkar inkişaf proqramı hazırlanıb
Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru seminar keçəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle