London–Sinqapur sərnişin təyyarəsi Bakıya məcburi eniş edib
sizinxeber.az xəbər saytı

London–Sinqapur sərnişin təyyarəsi Bakıya məcburi eniş edib


London–Sinqapur marşrutu üzrə uçuş həyata keçirən “Qantas Airlines” aviaşirkətinə məxsus hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş ilə bağlı müraciət edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycanın beynəlxalq hava limanlarının İctimaiyyətlə Əlaqələr xidməti məlumat yayıb.

Buna səbəb göyərtədə olan sərnişinlərdən birinin səhhətində yaranan qəfil pisləşmə olub.

Airbus A380 tipli təyyarə saat 07:55-də Bakı vaxtı ilə uğurla eniş edib. Sərnişinə dərhal yerində tibbi yardım göstərilib. Hazırda sərnişinin səhhəti ilə bağlı zəruri tibbi qiymətləndirmə və müşahidə prosesi davam etdirilir.

Qeyd edək ki, Airbus A380 — qlobal hava nəqliyyatında ən iri sərnişin təyyarəsi hesab olunur. İki göyərtəli və dörd mühərrikli bu hava gəmisi yüzlərlə sərnişin daşımaq imkanına malikdir və yalnız xüsusi texniki standartlara cavab verən beynəlxalq hava limanlarında eniş edə bilir.

Heydər Əliyev Beynəlxalq Aeroportu, A380 tipli hava gəmilərinə xidmət göstərə bilən müasir yerinüstü avadanlıq, geniş uçuş-enmə zolaqları və yüksək səviyyəli xidmət infrastrukturu ilə təmin olunmuşdur. Bu baxımdan, Bakı hava limanı regionda bu tip hava gəmilərini qəbul etməyə tam texniki və əməliyyat hazırlığı olan azsaylı hava limanlarından biridir.

Oxşar xəbərlər

“Qantas Airlines” aviaşirkətinin təyyarəsi Bakıda məcburi eniş edib
“Qantas Airlines” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş edib
“Cathey Pasific” aviaşirkətinin təyyarəsi Heydər Əliyev aeroportuna məcburi eniş edib
Banqkok–Helsinki marşrutu üzrə uçan təyyarə Bakıda məcburi eniş edib
“Lufthansa” aviaşirkətinin təyyarəsi Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle