Bakıda quldurluqda təqsirləndirilən qadına hökm oxunub
sizinxeber.az xəbər saytı

Bakıda quldurluqda təqsirləndirilən qadına hökm oxunub


Bakıda quldurluqda təqsirləndirilən Leyla Zülfüqarovanın cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Leyla Zülfüqarova 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Leyla Zülfüqarova tanışları ilə birgə quldurluq etməkdə təqsirləndirilir. İttihama görə, o, dostları ilə birgə tanışlarına qarşı quldurluq edib. Digər şəxslərin cinayət işinə ayrıca baxılır.

Leyla Zülfüqarova Cinayət Məcəlləsinin 181.2.1-ci (Quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələrlə təqsirləndirilib.

Oxşar xəbərlər

"İnstagram"da tanış olduqları şəxsə quldurluq etməkdə təqsirləndirilən 3 nəfərə hökm oxunub
Vəkilə qarşı quldurluqda təqsirləndirilən şəxsə hökm oxunub - FOTO
Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verilib
Qadınları şantaj edərək onlardan pul almaqda ittiham olunan şəxsə hökm oxunub
Qanunsuz mərc oyunları təşkil etməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle