Ötən gün bank kartlarından 6 min manata yaxın pul oğurlanıb
İyunun 2-də DİN-ə daxil olan müraciətlər əsasında ayrı-ayrı vətəndaşların bank hesablarından 3000, 1803, 390, 200, 100, 100, 98, 90, 70, 63, 51 manat və 34 dollar məbləğində vəsaitin dələduzluq yolu ilə oğurlandığı müəyyən edilib.
APA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
"Zərərçəkmişlər naməlum şəxslərin saxta xarici nömrələrdən, profil və səhifələrdən göndərdikləri tələblərinə, təkliflərinə və vədlərinə inanaraq dəqiqləşdirmə aparmadan bank kartının nömrəsi, kartın istifadə müddəti, CVV/CVC kodu (kartın arxa hissəsində yerləşən 3 rəqəmli təhlükəsizlik kodu), mobil nömrəyə SMS vasitəsilə göndərilən birdəfəlik OTP kodlarını qarşı tərəfə veriblər.
Bir daha xatırladırıq ki, bank kartları ilə əlaqəli naməlum zənglərə və mesajlara cavab verməyin, danışıq və yazışma aparmayın – dərhal blok edin",-deyə məlumatda qeyd edilib.
Oxşar xəbərlər
İki gündə vətəndaşların bank kartlarından 5 min 600 manata yaxın pul oğurlanıb
Ötən gün bank kartlarından 20 min manatdan çox vəsait oğurlanıb
Həftəsonu bank kartlarından 18 min manat oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 22 min manata yaxın vəsait oğurlanıb
Ötən gün vətəndaşların bank kartlarından 25 min manata yaxın vəsait oğurlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













