Astarada dənizdə boğulan şəxsin kimliyi məlum olub - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Astarada dənizdə boğulan şəxsin kimliyi məlum olub - YENİLƏNİB


Astarada dənizdə boğulan şəxsin kimliyi məlum olub.

"Report"un Cənub bürosunun məlumatına görə, ölən şəxsin Lerik rayon Cəngəmiran kənd sakini Tunar Taleh oğlu Qafarov olduğu müəyyənləşib.

Birinci kurs tələbəsi olan T.Qafarov "Maliyyə İşi" ixtisası üzrə təhsil alırmış.

18:50

Astarada tələbə nəzarətsiz ərazidə çimərkən boğulub.

“Report”un Cənub bürosunun məlumatına görə, boğulan şəxs Lerik rayon sakinidir.

Astara Humanitar kollecinin tələbəsi "Azriba" deyilən çimərlikdə boğularaq ölüb. Boğulan şəxsin kimliyi dəqiqləşdirilir.

Meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Oxşar xəbərlər

Astarada tələbə nəzarətsiz ərazidə çimərkən boğulub
Su kanalında boğulan hərbçi Elvin Eyvazovun nəşi təhvil verilib
Astarada yeniyetmə bədbəxt hadisə nəticəsində ölüb
Astarada avtomobil qadını vuraraq öldürüb
Astarada tələbə dənizdə boğularaq ölüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər