Cəzası azaldılan məhkum: Bu fürsəti həyatımın dönüş nöqtəsi hesab edirəm » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
26 
may
2025
18:30

Cəzası azaldılan məhkum: Bu fürsəti həyatımın dönüş nöqtəsi hesab edirəm

26 may, 2025
18:30
486

Cəzası azaldılan məhkum: Bu fürsəti həyatımın dönüş nöqtəsi hesab edirəm

Bu fürsəti həyatımın dönüş nöqtəsi hesab edirəm

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bunu bu gün Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə cəza müddəti azaldılan məhkum, Naxçıvan sakini Fərid İbrahimli deyib.

"Ədalət qarşısında cavab verdim. Həyatımın ən ağır dərslərindən birini aldım. Əfv sərəncamı mənim üçün böyük fürsətdir. Cənab Prezidentə bu humanist qərarına görə təşəkkür edirəm. Artıq keçmişi arxada qoyub ailəmə, cəmiyyətə faydalı bir insan kimi yaşamağa qərarlıyam,” – deyə F.İbrahimli bildirib.

Qeyd edək ki, o, bir neçə il öncə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq qəza törətdiyi üçün azadlıqdan məhrum edilmişdi.

Bizimlə əlaqə saxlayın