Ermənistan silahlı qüvvələrinin Azərbaycanın torpaqlarını işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması məhkəmədə təsdiqlənib
Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Ermənistan silahlı qüvvələrinin Birinci Qarabağ müharibəsi zamanı Azərbaycanın suveren ərazilərini işğal etdikdən sonra yaşayış məntəqələrində talançılıq aparılması təsdiqlənib.
"Sizinxeber.az" xəbər verir ki, təqsirləndirilən şəxs Melikset Paşayan Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Təranə Məmmədovanın sualarını cavablandırarkən “Əsgəran rayonu”nun 31-ci taborunun tərkibində xidmət etdiyini bildirib. O, taborun tərkibində 1993-1994-cü illərdə Ağdam rayonunun Suma, Sarıcalı, Güllücə kəndləri istiqamətində postlarda dayandığını deyib.
“Bu, atıcı taboru idi. Taborda qumbaratanlar, minaatanlar, pulemyotlar, avtomatlar, qumbaralar var idi”, - deyə Melikset Paşayan suallara cavabında söyləyib.
O, Azərbaycanın torpaqları işğal olunandan sonra orada talançılıqla məşğul olub-olmaması ilə bağlı suala isə belə cavab verib: “Mən talanlarda iştirak etməmişəm. Postda növbə bitib qurtarana qədər talan etməyə heç nə qalmırdı”.
Təqsirləndirilən şəxs iddia edib ki, talanda iştirak edənlər mülki ermənilər olub. M.Paşayan deyib ki, hərbçilər talana gedən mülki şəxslərə əraziyə girməməklə bağlı xəbərdarlıq edirdilər: “Deyirdilər ki, ora getməyin, sizə güllə, mərmi dəyər”.
O, hərbçilərin mülki şəxsləri bu talandan çəkindirməsinin səbəbinin onları fiziki baxımdan qorumaq olduğunu da əlavə edib.
M.Paşayan Birinci Qarabağ müharibəsində iştiraka görə qondarma rejimin “İgidliyə görə” “medal”ı ilə təltif olunduğunu da bildirib və deyib: “Dəqiq xatırlamıram, ya Bako Sahakyanın, ya da Arayik Harutyunyanın dövründə idi”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.


width="220" alt="Ermənistan vətəndaşından məhkəmədə etiraf: "Hərbi xidmətə Cermuxdan Füzuliyə getdim"" />
alt="ABŞ əsas danışıqlardan əvvəl İrana hərbi təzyiqi artırır" />
alt="Daha ucuz, daha sürətli, daha güclü: Süni intellekt yarışına yenisi qoşuldu" />
alt="Tramp Netanyahu ilə görüşdən sonra İran üzrə razılıq əldə olunmadığını bildirib" />
alt="Heqset: ABŞ uzun müddət digər ölkələri qoruyaraq, öz təhlükəsizliyini arxa plana atıb" />
alt="Heç kimin düşünmədiyi risk: SSD-lər nə qədər təhlükəsizdir?">
alt="“Google Gemini” artıq Azərbaycan dilində istifadəçilər üçün əlçatandır">
alt=""YouTube"da 1 milyon izlənmə 5 500 dollar qazandırır - YouTuber açıqladı">
alt="“Wi-Fi 8” prototipi rekord məlumatötürmə sürəti nümayiş etdirib">
width="290" alt="Kredit kartı: problem kartdadır, yoxsa istifadəçidə?" />
width="290" alt="Elit məktəb, girişdə silah sərbəstdir" />
width="290" alt="QANLA YAZILAN GECƏ" />
width="290" alt="Rafael Ağayev qala-qala, tədbirə bloqeri dəvət etdilər" />
width="290" alt="Sözüm var: Mədəniyyət Nazirliyinə" />
width="290" alt="Gediş haqqı – zəhmətkeşin cibindən çıxan son qəpik" />
width="290" alt="Cabir İmanovun əziz xatirəsinə…" />
width="290" alt="Nilay və Ali Baş Komandan" />
width="290" alt="Dolmuş avtobusa 1 AZN?" />
width="290" alt=""ChatGPT", yoxsa həkimlər? - Həyatınızı kimə etibar edirsiniz?" />