Ağdamda ev yanıb - VİDEO
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Ağdam rayonunun Sarıçoban kəndində yanğın baş verməsi barədə məlumat daxil olub.
APA FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdam rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində vətəndaşa məxsus fərdi yaşayış evinə bitişik yardımçı tikilidə baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik evə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 18kv.m. olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb və içərisində olan ev quşları tələf olub.
Bitişik ev yanğından mühafizə olunub.
Oxşar xəbərlər
Kürdəmirdə 7 ton ot bağlaması yanıb - VİDEO
Qazaxda 2 mərtəbəli evdə yanğın olub - VİDEO
Qazaxda ev yanıb
Qazaxda ev yanıb - VİDEO
Qazaxda evdə yanğın olub - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
Cəlilabadda I Kitab Sərgisi keçirilir
