Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb - YENİLƏNİB - FOTO
İyulun 23-də saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bu barədə Abşeron rayon prokurorluğundan bildirilib.
Araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 1962-ci il təvəllüdlü Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
Xatırladaq ki, daha əvvəl Abşeron rayonunda iki qardaş arasında münaqişə nəticəsində birinin bıçaqlandığı, digərinin intihar etdiyinə dair məlumat yayılmışdı.
***21:49
Abşeronda qardaş qardaşı bıçaqlayaraq öldürüb, daha sonra intihar edib.
Hadisə "Saray" MTK-da baş verib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, bu gün gecə saat 1-də Binə qəsəbəsi ərazisində yaşayan 1974-cü il təvəllüdlü Rza Eyyubov kəsici-deşici alətlə əvvəlcə iki azyaşlı oğluna, daha sonra isə özünə xəsarətlər yetirib, azyaşlılardan biri ölüb.//Oxu.Az
Oxşar xəbərlər
Abşeronda iki qardaşın ölməsi ilə bağlı cinayət işi açılıb
Abşeronda qardaş qardaşını öldürəndən sonra intihar edib - FOTO - YENİLƏNİB
Bakıda kişinin azyaşlı övladı və özünü öldürməsi faktı ilə bağlı cinayət işi açılıb
Abşeronda qardaş qardaşı bıçaqladıqdan sonra özünü öldürüb
Qəsdən adam öldürməyə cəhd etməkdə şübhəli bilinən şəxs tutulub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı















