Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var - FOTO - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

Şərurda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub, saxlanılan var - FOTO - YENİLƏNİB


Naxçıvanda quyudan meyiti tapılan 75 yaşlı qadının qətlə yetirildiyi məlum olub.

Sizinxeber.az-nın əldə etdiyi məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən Aypara Əsgərova saxlanılıb.

***

10.28

Naxçıvanda quyudan meyit tapılıb.

Bu barədə Sizinxeber.az-nın yerli bürosuna Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyindən bildirilib. Məlumata görə, "112" qaynar telefon xəttinə Şərur rayonunun Oğlanqala kəndində 1 nəfərin meyitinin quyudan çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Məlumat qəbul ediləndən dərhal sonra Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.
Həyata keçirilən tədbirlər nəticəsində meyit dərinliyi təqribən 35 metr olan su quyusundan (içərisində su olmayan) çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Sizinxeber.az-nın xəbərinə görə, meyiti tapılan qadının kənd sakini 1950-ci il təvəllüdlü Zeynəb İbrahim qızı İsmayılova olduğu məlum olub.

Oxşar xəbərlər

Bulvarda dənizdən meyit tapılıb
Suraxanıda mənzildə meyit tapılıb
Qaradağda mənzildə meyit tapılıb
Taxtakörpü-Ceyranbatan kanalında meyit tapılıb
Bakıda evdə meyit tapılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle