Arkadi Qukasyan: Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var idi
Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Arkadi Qukasyan 1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqırımı, soyqırımı zamanı günahsız insanların məhz azərbaycanlı olduğuna görə sistemli şəkildə məhv edilməsi ilə bağlı suallara cavab verib.
APA xəbər verir ki, o, Xocalıda baş verənlər haqqında ilk dəfə 1992-ci ilin fevral ayında “rəsmi məlumatlar” verilməsi nəticəsində informasiya aldığını iddia edib: “O zaman faciənin miqyasını bilmirdik. Biz bilirdik ki, Xankəndidə Xocalıdan gətirilmiş yüzlərlə azərbaycanlı var. Onlar da sonradan qarşı tərəfə təhvil verilmişdi”.
O, dinc əhalinin qətlini pislədiyini də vurğulayıb: “Bu, qəbuledilməzdir, müharibənin qanlı səhifələrindən biridir”.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Oxşar xəbərlər
Arkadi Qukasyan: 1992-ci ildə Qarabağ ərazisində 30 mindən az erməniəsilli sakin yaşayırdı
Arkadi Qukasyan: “Böyük Ermənistan” ideyası nağıldır
Arkadi Qukasyan məhkəmədə etiraf edib ki, Qarabağda erməni dili ilə bağlı heç bir problem olmayıb
Madat Babayan Ermənistan silahlı qüvvələrinin tərkibində Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf edib
Arkadi Qukasyandan qondarma rejimlə bağlı etiraf: Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













