Sumqayıtda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza olub
sizinxeber.az xəbər saytı

Sumqayıtda üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari qəza olub


Sumqayıt şəhərində üç nəfərin xəsarət alması ilə nəticələnən zəncirvari yol qəzası baş verib.

“Sizinxeber.az”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin Sülh prospektində qeydə alınıb.

Belə ki, “Kia”,”Renault” və “Nissan” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər xəsarət alıb.

Yaralılar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanası çatdırılıb.

Onların müalicə və müayinələri davam etdirilir. Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Tovuzda zəncirvari yol qəzasında bir neçə nəfər xəsarət alıb
Sumqayıtda yol qəzası baş verib, üç nəfər xəsarət alıb
Bakıda yol-nəqliyyat hadisəsi baş verib
Sumqayıtda avtomobillərin sürət yarışı iki nəfərin ölümünə səbəb olub - Təfərrüat
Oğuzda yol qəzası baş verib, xəsarət alanlar var

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər