Zaqatalada doğuş zamanı körpə ölümü ilə bağlı TƏBİB açıqlama verib - YENİLƏNİB » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
20 
apr
2025
13:50

Zaqatalada doğuş zamanı körpə ölümü ilə bağlı TƏBİB açıqlama verib - YENİLƏNİB

20 apr, 2025
13:50
481

Zaqatalada doğuş zamanı körpə ölümü ilə bağlı TƏBİB açıqlama verib - YENİLƏNİB

“20.04.2025-ci il tarixində saat 08:50 radələrində 1992-ci il təvəllüdlü, Muxax kənd sakini 34 həftəlik hamiləliklə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına daxil olub.

Baş gəlişi, uşaqlıqda çapıq, idiopatik trombositpenik purpura diaqnozları təyin edilən qadın dərhal əməliyyata alınıb, cinsi oğlan, çəkisi 2.700 qram, boyu 50 sm. olan ölü döl xaric olunub”.

Sizinxeber.az xəbər verir ki, bu barədə TƏBİB-in açıqlama verib.

Məlumata görə, hazırda ananın vəziyyəti stabildir.

***

12:52

Zaqatalada doğuş zamanı körpə ölümü baş verib.

Sizinxeber.az-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün səhər saatlarında Zaqatala Rayon Mərkəzi Xəstəxanasında (RMX) baş verib.

Rayonun Muxax kənd sakini 33 yaşlı Günei Kamil qızı Əliyeva bu gün səhər saat 08 radələrində doğuş sancıları ilə Zaqatala RMX-nın doğum şöbəsinə müraciət edib. G. Əliyevanın ailə üzvlərinin Sizinxeber.az-nın yerli bürosuna verdiyi məlumata görə, G. Əliyeva xəstəxanaya daxil olduğu zaman həkimlər tərəfindən təcili qeysəriyə əməliyyatı aparılması haqqında qərar qəbul olunub.

Zaqatala RMX-nın mama ginekoloqları Rəna Sultanova və Mehriban Hüseynova həkimlər tərəfindən qeysəriyə əməliyyatı aparılıb. Əməliyyat zamanı yeni dünyaya gələn oğlan uşağı ölüb. Ailə üzvlərinin sözlərinə görə, son müayinələr zamanı körpənin ana bətnində normal olması bərədə məlumat verib.

Yeni doğulan körpənin ölümümün dəqiq səbəbini öyrənmək məqsədi ilə meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Zaqatala rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın