FHN: Su basmış yerlərdə 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub
Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən gündən başlayan intensiv yağışlarla əlaqədar yaranmış fəsadların aradan qaldırılması əməliyyatı həyata keçirilir.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat yayıb.
Bildirilib ki, əməliyyat nəticəsində bu vaxtadək su basmış yerlərdə köməksiz vəziyyətdə qalmış 3-ü uşaq olmaqla ümumilikdə 20 nəfər vətəndaş təxliyə olunub.
Hazırda Nazirliyin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətləri, Mülki müdafiə qoşunları və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən paytaxtın su basmış ərazilərindən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi işləri fasiləsiz olaraq davam etdirilir.
Oxşar xəbərlər
Su basmış ərazilərdən 31 nəfər təhlükəsiz əraziyə təxliyə edilib - YENİLƏNİB 2
Lənkəranın bir sıra kəndlərini su basıb, 22 nəfər təxliyə olunub - RƏSMİ
Hacıqabulda suyun çəkilərək kənarlaşdırılması işləri davam etdirilir
Hacıqabulda subasmaya məruz qalmış bir sıra ərazilər təmizlənib, 11 nəfər təxliyə edilib
Lənkəranda son durum: Yağış ciddi fəsadlar törədib - RƏSMİ AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













